Bir tikansız kirpisən,qanadsız quşsan daha.Səninki gətirmədi,çıx bu yoldan qırağa.

Çıx bu yoldan, qoy bu yolhara gedirsə getsin.Ağlama, çətin sənikimsə kiritsin.

Can vermə "qəm" deyilənbu qəssab bıçağına.Sağ çıx bu gecədən də,sabahın acığına.

Canda nəfəs qalıbsa,yaşamağa ümid var.Yenə kirpi olmağa,quş olmağa ümid var.

Bəlkə qanad gətirdin...Bəlkə tikan bitirdin...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri