Mənimki Allaha qaldı,Alınmadım, baha qaldım,Özüm baxa-baxa qaldımHamını ötürdüyümə.

Ürəyim ətdi, daş deyil,Kirpiyimdəki yaş deyil,Sevinin, əlim boş deyil,Gülməyin gətirdiyimə.

Gözüm yuxu yata bilməz,Ana bilməz, ata bilməz,Qızıl olsa, çata bilməzTapdığım itirdiyimə...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri