Varaq deyil, divardı bu,Başımı vurduğum divar.Cırmaqlaya-cırmaqlayaYorulub durduğum divar.

Bir tək-tənha ağac kimiDibində bitdiyim divar.Ağlayanda balınc kimiÜzümü sürtdüyüm divar.

Varaq deyil, divardı bu,Gendən ağarar hər gecə.O üzündən kimsə məniSəslər, çağırar hər gecə.

Mən ölsəm, deməyin təkəm,ağlayın bizə, ağlayın.Məni deyib haray çəkəno yetim səsə ağlayın.Bu divarın bu üzündəölən Ramizi basdırın,Bu divarın o üzündəqalan Ramizə ağlayın...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət