Hərə bir daş qoydu bura,Mən də öz daşımı qoydum.Daş çatmadı bu divara,Axırda başımı qoydum.

Burda məni tapmaz artıqNə bədbaxtlıq, nə xoşbaxtlıq,Öz başıma qonan Şahlıq,Şairlik quşunu qoydum.

Bu divar qalxdı, ucaldı,Yoxsa yenə borclu qaldım?!Əlimi cibimə saldım,Qəpik-quruşumu qoydum...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri