Bir ölüm havası dəydi üzümə,Nə gözəl, nə sərin havaymış, Allah.Sən demə, ürəyim ölümdən ötrüDarıxan bir bomboş yuvaymış, Allah.

Sən demə, çaşmışam, yolu azmışam,Dünyaya gəlməyim yalanmış mənim.Sən demə, dünyada anasızmışam,Sən demə, bu ölüm anammış mənim.

Sürtdüm üz-gözümü əl-ayağına,Dedim; buraxmaram səni dünyada.Dedim; indiyəcən hardaydın, ana,Niyə tək qoymuşdun məni dünyada?!.

İslatdı əlini gözümün nəmi,Təlimi qaldırıb alnına baxdı.Tanıya bilmədi deyəsən məni,Çevrildi, atama-anama baxdı.

Bir bala vermİŞdim, dedi, mən sizə,Hanı, a zalımlar, o balam hanı?Bu mənim balama oxşamır nəsə,Nə kökə salmısız mənim balamı?!.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm