Bəxtim məndən küsübdü,Elə mən də küsmüşəm.Bu dünyanıngöyündən-yerindən dəküsmüşəm.

Anam, sən də gen dayan,Get, dərdimə kəndə yan,Başımı tumarlayanƏlindən də küsmüşəm.

Batmışam min günaha,İşim qalıb Allaha,Ölərdim, amma dahaÖlümdən də küsmüşəm...

Göz yaşım! quruduqcaGözlərim çılpaqlaşır.Dizimə baş qoyan yox,Dizlərim çılpaqlaşır.

Başım-beynim ayılır,Qabıq-qabıq soyulur,Şeirlərim soyuyur,Sözlərim çılpaqlaşır.

…Nə çox dəli var, atam,Baxıram, mat qalıram,Görən mən qocalıram,Ya dünya uşaqlaşır?!

A.Məsuda

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri