Bir səhər yuxudan durubÖzünü uşaq görəsən.Görəsən hamı evdədi,Ölənləri sağ görəsən.

Qorxasan, qaçıb gedələr, -tez qapını bağlayasan.Geri dönüb içəridəbir təzə qonaq görəsən.

Görəsən ki, qapqaradıo qonaq başdan-ayağa.Ondan başqa hamısınınüst-başını ağ görəsən.

Pəncərədən içəriyədola, dola gün işığı.İçəridə boş-boşunayanan bir çıraq görəsən.

Söndürəsən o çırağı -hamı birdən yoxa çıxa.... Otaqda bir qara qələm,bir də, ağ varaq görəsən...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri