Sildim gözümün nəmini...Dəftərimi, qələmimi,Bütün dərdimi, qəmimi,Hirsimi atdım ocağa.

Atdım şerin də daşını,Sözlə dava-dalaşımı,Ocaq yandıqca,yaxşımı-pisimi atdım ocağa.

Alovu göydə oynadı,Şeytandı-nəydi, oynadı?!Bu ocaq yenə doymadı,Özümü atdım ocağa...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri