Yoldan ötən xanımlaraBaxım, gözümü aldadım.Qoy özgələr aldadınca,Özüm-özümü aldadım.

Ömrün-günün bu çağındaNə umuram sabahımdan?!Oturum yol qırağında,Yorğun dizimi aldadım.

Başım dik, belim bükülü,Yanmışam, gülüm tökülür,Bir az üfürüm bu gülü,Sönən gözümü aldadım.

Ömrümün son gecəsində,Üstümü əcəl kəsəndə,Ölməyim son nəfəsimdə,Son nəfəsimi aldadım…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri