Boğulur
Dünyanın suyu çirklənir,Suyunda balıq boğulur,Çirklənir, göyü çirklənir,Göyündə Allah boğulur.
Çox batan yerində batır,Dadına gələn də batır,Ağıllı dərində batır,Dayazda axmaq boğulur.
Kimisi nəğməli-sazlı,Kimisi başı qapazlı,Kimisi paltar-palazlı,Kimisi çılpaq boğulur.
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-bogulur
← → düymələri ilə keçid, R — təsadüfi şeir