Elə beləcə
Çıxıb gedəcəyəm elə beləcə,Bir də görəcəyəm kəndimizdəyəm.Qurbağa səsiylə dolu bir gecə,Ay da ki, çay da ki kefin istəyən.
Qohumlar dinəcək gileyli-incik:– Şəhərli olmusan tamam ay balam!..Kənddə şəhərliyəm, şəhərdə kəntçi,Niyə, sağlığına pis yaşamıram.
İtlər də elə bil küsüb adamdan,Qoyunlarqoyuntək baxar adama.Nələr qazanmışam -çıxar yadımdan,Nələr itirmişəm -düşər yadıma.
Burda həm doğmayam, həm də ki qərib,Bu hissi kim məndə oyadıb, Allah?Çəpərlər nə qədər alçalıb-enib,Ağaclar nə qədər boy atıb, Allah!...
Həzin qoxusuyla gülün-çiçəyinSəma dolub indi, yer dolub indi.
Şəhərdən çiynimə qonan milçəyinGözleri heyrətdən dörd olub indi.
Qızlar göz altından baxacaq mənə:– Deyirlər şəhərdə şairdir-nədir...Sonra soruşacaq Bənövşə nənəm:– A bala, işlərin nə təhər gedir?
Adım gizlənsə də küncdə-bucaqda,Deyərəm:– Şəhərdə məşhuram tamam...Nənəm sevə-sevə aldanacaqdır,Mən də sevə-sevə aldadacağam.
Gecə də yeriyər üzü günəşə,Heç xəbər tutmaram haçan səhərdi.Əvvəl darıxaram -nahaq gəlmİŞəm,Sonra sevinərəm -yaxşı ki gəldim.
...Çıxıb gedəcəyəm elə beləcə,Bir də görəcəyəm kəndimizdəyəm.Qurbağa səsiylə dolu bir gecə,Ay da ki, çay da ki kefin istəyən.
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-ele-belece
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir oğru bir parsanın evinə gəldi. Nə qədər ki, axtardı, bir şey tapmadı. Ürəyi sıxıldı. Pirhizkarın xəbəri oldu. Bir kilimi ki, onun üstündə yatmışdı, oğrunun keçdiyi yola atdı, ta naümid qayıtmasın.Gilanlı Əbdülqədir, pak olsun onun torpağı, Kəbənin hərəmində üz daşlar üstə qoyub hey deirdi:
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
OğlumaBir ay tamam olmamış göz açdığın həyata,Sifətində gülümsər bir bahar görürəm mən.
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm