Lap yuxudan duran kimiyoruluram, ilahi.Tüstü kimi, duman kimilal oluram, ilahi.

İyrənirəmhər sözdən, hər kəlmədən,Lap balamın oxuduğunəğmədən.

Bir sözə dədaha dil bulaq istəmirəm,Yalquzağa dönsəm də,ulamaq istəmirəm.

Dadı qaçıb şerin-sözün,daha məni dinləndirən sözüm yox.Adamlarla danışmağa həvəsim,Allahla da danışmağa üzüm yox.

Ah çəkirəm, gülür ahım,bu "ah" mənə inanmır.Deyəsən, çoxdu günahım,Allah mənə inanmır.

Kim-kimə inanır axı?!Adam dərddən ölsə də,Ağlar gözdən öpən çətin tapıla.Lap mələklərgöydən uçub gəlsə də,Bir ovuc dən səpən çətin tapıla.

Mənim də bəxtimə bu vətən düşüb;havayı açılmır çiçəkləri də.Allahı yorulub, taqətdən düşüb,bir az şorgözləşib mələkləri də.

Susmuşam, tərpənməz bu dil, bu dodaq,mən daha lalam. lal -bu yer üzündə.Məni korlar görər dünyada ancaq,məni karlar qanar bu yer üzündə.

Məni səndən özgə kim dindirər, kim?! -İlahi, özümdən sənəcən lalam.Bir quş qanadında göndərəcəyinbir təzə məzhəbə, dinəcən lalam.

Mənə torpaq dili, daş dili öyrət,bəlkə öz qəbrimdə dillənə billəm.İlahi, sən mənə quş dili öyrət,uçmağı özüm də öyrənə billəm...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq