Bir torpaq parçası qaçar dalıncaelə bil boyuma biçilib mənim.Qopub kəndimizin ay işığıqurbağa səsi doluaxşamlarının.Qopub evlərindən, adamıbir torpaq parçası qaç с.

Qatarda, maşındaÜrəyi bulanan Bənövşə nənəm,Şəhərə gəlməyə,məni görməyəKönlü qubarlanan Bənövşə nənəmbir parça torpağın düşər dalınca,yüyürər, yüyürər, çatamıraz ancaq.

Bir torpaq parçası azar şəhərdəMəni axtarmaqdanbezər şəhərəİşıqlı reklamlar deşər gözüməAğlamaq istəyər,ağlaya bilməz,Axırda özünü saxlaya bilməz,Geniş küçələrin

Gümüş asfaltına atar özünü,Təkərlər altına atar özünü...

...Bir torpaq parçası qaçar dalımca, -kaş gəlib tapaydı bu gündən məni.Bu şəhər içindəayrı qoymayaydı özündən məni.

Gecələr o torpaq parçası üstəBir ağac əkəydim,bir ev tikəydim,Gəlin gətirəydim öz kəndimizdən...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən