Nə var Allahdan yuxarı
Nə var Allahdan yuxarı?Nə var qəbirdən aşağı?Çəkdiyim ahdan yuxarı?Bildiyim sirdən aşağı?
Niyə günün gündüzündəQuşlar azır göy üzündə?Göz yaşları quş gözündənTökülür dən-dən aşağı.
Demə, biz ki quş deyilik,Allaha tanış deyilik...Ruhum, dur, yığış, gedirik,Sən yuxarı, mən aşağı...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-ne-var-allahdan-yuxari
← → düymələri ilə keçid, R — təsadüfi şeir