Rəhmət deyək min-min ağızBu evi tikən kişiyə.Kölgəsində durduğumuzAğacı əkən kişiyə.

Ağactək yerə kök atıb,Çiynində min cür yük tutub,Başını hər vaxt dik tutubBelini bükən kişiyə.

Hasardan düşən daş kimi,Üzükdən düşən qaş kimi,Ağızdan düşən diş kimiYeri görükən kişiyə...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri