Hacının xatirəsinə

Günlər yarpaq kimi qopmur ömürdən,Qopur diş kimi, dırnaq kimi.Hər keçən gündən iz qalırÜzümdə cırmaq kimi.

Çətini yaşamaqdı,ölmək nədi ki? Heç nə.Son dəfə nəfəsini çəkib içinəbir dərin suya baş vurmaq kimi.

Su içindən gəlir dünyaya insan,Nə var su içində ölməkdən asan?Xeyri yox, lap dönüb balıq olasan,əcəl durub yol üstə qarmaq kimi.

...Qıymadın bir kimsəni oyatmağa,Bu səhər üz tutub sübh azanına -getdin.

Bizdən ayrıldın daha,Ən əziz dostun yanına getdin.Daha nə dərdin?yanında dostun var Allah kimi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri