Təkcə gücsüzlüyündənyıxılmır, atam balası,Arabir gücündən yıxılır adam.Başını dik tutub gəzdiyi yerdəiçindən yıxılır adam.İllər boyu neçə dərdədözüb dayanır,Qəfil sevincindən yıxılır adam.

Dünya qaçır ayağının altından -yıxılmır,Bu dünyanın ən dəlisov atındanyıxılmır,Amma bir kəpənəyin qanadından,bir otun ucundan yıxılır adam.

…Gülmə hər yıxılana,atam balası, gülmə, -Elə bilməbu dünyada təkcə gücsüzlüyündənya da ki, acından yıxılır adam…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri