Biləcəri qəbristanı
Şirinin xatirəsinə
Biləcəri qəbristanı,bir dost tapşırdıq sənə.Nə tez əldən verdik onu,nə tez tapşırdıq sənə.
Burdan keçən qatarlaraəl eləyək, dayansın.Hamısı səs-səsə versin;bəlkə o dost oyansın
Bir oyanıb desin görüm,bu necə əcəliymiş?Dünyanı gəzən də, ömrünsonu Biləcəriymiş?!..
...Biləcəri qəbristanı,dostumuzu əzizlə.Hara getsək, dönəcəyik;gözlə, bizi də gözlə!..
R.Həsənoğluna
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-bileceri-qebristani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Bəxtiyar bir çocuq kimi şən-şən,Daha dün söyləyib-gülərdin sən.
Böyük SabirəYadımdadır, bir gün, bir axşamçağı,Yayıldı aləmə həzin bir xəbər:
Tö’meyi-nəharÇığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör!Sus, ay yazıq, fəzadəki üqabi-canşikarı gör!
QalacaqDünyada dördəlli tutmaynan pulu,Dünyada dünyanın malı qalacaq.