Yolu çaşa-çaşa gəldim
Yolu çaşa-çaşa gəldim,hər yan dumandı, gördüm.Dünyayla baş-başa gəldim,üz-gözüm qandı, gördüm.
Gərək işıq yanana yox,it hürənə gedəsən.Mən də getdim; itlər susdu,işıqlar yandı, gördüm.
Bir qapını döyən kimion pəncərə açıldı.Hər açılan pəncərədənbir div boylandı, gördüm.
Qorxdum, qaçdım dəli kiminəfəsim kəsilincə.Döndüm, gördüm qovan yoxdu,qorxum yalandı, gördüm.
Oturdum bir daş üstündə,nəfəsimi dərməyə.Dərdiyim son nəfəsimdi,ömür tamamdı, gördüm.
(ilk şeirlər)
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-yolu-casa-casa-geldim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Geçə-gündüz qan ağlaram,Göz yaşım ümmana getdi.
Ey könül, sənə həmdəm, bir qaməti ərər gərəkEy könül, sənə həmdəm, bir qaməti ərər gərək,Qaş qara, kiprik qara, ruxsarı da əhmər gərək.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu