Bu şəhərin ağaclarıdərd əlindən çiçəkləyib,Xanımlarıgözlərinin kədərini rəngləyib,Kişiləri borc altında.Darıxmaqdan oğlanları-qızlarıöpüşür ağac altında.Ağaclarıdərd əlindən çiçəkləyib.

Çiçəklərdən çəkə bilmir gözünü,baxır, baxır, doymur adam.İstəyir assın özünü,ağaclara qıymır adam.

...Yenə də, yaz gəlib bu yad şəhərə,Necə çıxdım mən bu yaza?..Bilmədim.Yenə də, aldandım bu çiçəklərə,Yenə də, özümü asa bilmədim...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar