Hardasa su şırıldayır,Bir qulaq as, səsi gəlir.Suda üzən balıqlarınTəngiyən nəfəsi gəlir.

Diksinmə göyə baxanda,Bizə uzaqdan-yaxındanGələn quşlar caynağındaÖz dəmir qəfəsi gəlir.

Kimdi o göydən şığıyan?!Dünya dolub işığıynan,Bəlkə də, göy qurşağıynanDüşüb Allah özü gəlir...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri