Kölgə düşür
Kölgə düşür üzümüzə,Üzümüzdən kölgə düşür.Kölgə düşür sözümüzə,Sözümüzdən kölgə düşür.
Kölgə düşür aydan-gündən,Adamın öz kirpiyindən,Allah bilir, bizə kimdən,Kimə bizdən kölgə düşür.
Kölgəsinə baxa-baxa,Cana doyur adam daha,Öləndə də, bu torpağaKölgəsiylə birgə düşür.
Atamın xatirəsinə
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-kolge-dusur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Samavar
Ey olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,
Aman anaFəraq oldu bu cavana,Halal ilə aman ana,
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm