Gecə birin yarısıdı,nə dünəndi, nə sabah.İki günün arasındacanım sıxılır, Allah.

Ulduzlardan yuxarısan,Qorxuram yıxılasan.Sən də bir az yuxulusan,mən də yuxulu, Allah.

Düşüb ev-ev, küçə-küçəDünyanı gəzir əcəl.Bütün ölənlər bu gecəsəndən çıxılır, Allah.

Doğulan sənə vurulur,Sən verən dinə vurulur,Bir olan mənə vurulur,bəndən çoxalır, Allah.

...Nə qədər ki, göy üzü var.Göydə də hamının gözü var.Sən də bax, bəlkə nəsə varsəndən yuxarı, Allah?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri