Qara əl - arxamca uzanan kölgə,Ondan nə ayrılmaq, nə qopmaq olur.Qara əl şairlə doğulur bəlkə,Bəlkə də, şairdən qabaq doğulur.

Şair doğulanda gəlir qara əl,Dayanır şairin başı ucunda.Bəlkə mamaçadan,anadan əvvəlQara əl şairi tutur ovcunda.

O sıxır ovcunda şairi bərk-bərk,Çırpınır ovcunda şair balıqtək.O sıxır şairi,daşa döndərir,Sıxır dərdini də, qorxusunu da.Qara əl inanmır,adam göndərirGecələr şairin yuxusuna da.

O sıxır şairi,suya döndərir;Su axır şairin bəbəklərindən,

Su axır boynundan,kürəklərindən,Su axır -şairin saçından daşır,Şair -qara əlin ovcundan daşır,Qarışır çaylara, sellərə şair,Qarışır aylara, illərə şair...

...Bəlkə də, şairi öldürməzdi heçNə düşmən qarğışı,nə dost çəpiyi.Qara əl şairi itələyir:– Keç!..Sonra da, ardınca çəkir tətiyi.

Şair uzananda yaralı, xəstə,Canında rahatlıq duyur qara əl.Sonra da, şairin qəbrinin üstəBirinci gülləri qoyur qara əl...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri