Sergey Yeseninə

Bükülüb kəfəntək ağ varaqlara,Tabuttək qapqara kitab içində;Bütün şeirlərim qan içindədi,Bütün şeirlərim günah içində.

Dünya qaranlıqdı, hava ayazdı,Mən bura gəlmirdim, yolumu azdım,İlahi, öləndə sən məni basdırBir isti, işıqlı çıraq içində.

Getdi, daha dost da, tanış da getdi,Ən son papiros da alışdı-getdi,Ruhum tüstüsünə qarışdı-getdi,Ürəyim boğuldu araq içində.

Bu gecə dünyanın canı çıxacaq,Göydən ulduzların qanı axacaq,Qorxuram ölmüşəm... gözlərim ancaqHələ də boylanır maraq içində...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri