Bir durna oxuyur
Bulaşıb dimdiyi nəğməylə, qanla,Ayrılır Allahın verdiyi canla,Bir durna oxuyur -nə deyir görən?Gileydən yoğrulub nəğməsi, sözü:"Bir durna teliyçinduma öldürənİgid Eyvazım da küsdürüb bizi.Yeddi min ox atdıyeddi min dəli,Hər oxun ağrısı, əzabı qaldı.O şiş papaqlardadumanın teli,Şişlərdə durnanın kababı qaldı.Bu dərdə söz qoşdu əli sazlılar,Silib gözlərini biləkləriylə -Uçan durnalaraşeir yazdılarÖlən durnalarınlələkləriylə..."
Titrəyir bir sazın qırılan simi,Bir durna oxuyur -can verir, nədi?!
Hecası pozulan misralar kimiDurna qatarları uzanıb gedir.Gedir -arxasınca yerə qar düşür,Düşür -dünyamıza soyuqlar düşür.
Düşür şerimə də bu qışın qarı,Misralar sığınır biri-birinə.Köçür şerimizin durna qatarıVidadi şerinə, Vaqif şerinə.Köçür -arxasınca yerə qar düşür,Düşür -şerimizə soyuqlar düşür...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-bir-durna-oxuyur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İndi barmaqlarım səs kimi titrək,Uzun səkilərin uzun yuxusu.
Sonuncu nəğmənin nəğməsiSözlər pişik kimi yumşaq, mehriban,qısılıb qaldılar biri-birinə.
Bu gecə lüstürdən asılan adamBu gecə lüstürdən asılan adamKöçdü ulduzlara -
Dost da ovutmaz məniDost da ovutmaz məni,ağlaram xısın-xısın.
Başqa şairlərin şeirləri
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Bakıda istiYaman isti keçir bu il havalar,Bürkü asılıbdır göydən cunatək.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
Mürəbbe: Şikar edib tutdum bir şahi-tərlanŞikar edib tutdum bir şahi-tərlan,Sən etdin əqlimi zail, ay Yaxşı,