Onbirlik üstündə
O mənim bacımdı, mən ona qardaş,Onu əzizləyib saxlayaram mən.Axar gözlərimdən on bir damcı yaş,Onbirlik üstündə ağlayaram mən.
Qıymaram, qoymaram əyilə, sına,Onu qoruyaram son nəfəsəcən.Dilimin ucunda haqq qapısınaGedən son misraya, axır sözəcən.
Gəlir təzə şeir, hecasız şeir,O "gül"süz."bülbül"süz,"hicran"sız şeir.Onun əllərində dünya oyuncaq,Çayları dolayıb ayaqlarına.Mənim onbirliyim ürkək, utancaq,Eşidir, inanmır qulaqlarına.
Varaqlar qorxudan ağarır belə,Elə bil
qar örtürəkin yerini.Görən misralarını dağılır belə,Yoxsa ki, bacımın hörüklerimi?!
Əgər ölürsənsə -gücsüzəm demək,Verimmi ömrümü sənin yolunda?!Mənim onbirliyimnəhəng balıqtəkÇırpınır, can verir əsrin torunda.
Baxıram, qorxuram özüm-özümdən,Bu tora gör kimlər düşüb qalacaq;Xırdalar keçəcək torun gözündən,Vurğun ilişəcək,Müşfiq qalacaq.
İsitməz külümü nə od, nə atəş,Dərdimi gizlində saxlayaram mən.Axar gözlərimdən on bir damcı yaş,Onbirlik üstündə ağlayaram mən...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-onbirlik-ustunde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Tutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
DağlarSalırsan baş çəkib ovc səmayə,Nəzər hiqarət cahanə, dağlar,
Bu, düşmən basulub, Vərqa hicazə ovd qılmaqdürRəf eylədi ta ki, bürqeyin hur,Xəffaşlar oldu cümləsi kur.
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani