Yadından çıxıbqalacaq barmaqlarıbir papiros qutusunda.Bir divar uçuğundaqalacaq barmaqları.Barmaqlarını tapa bilməyəcəkşəkil çəkmək istəyəndə, -axtaracaq otaqları...

...Bayırdanpəncərəni döyəcək barmaqları,çağıracaq onu küçəyə.Barmaqlarının dalınca düşəcək:– Dayanın, barmaqlarım!..Saçlarımı darayın, barmaqlarım...

Çeçələ barmaqayaqdan iti,Baş barmaqayaqdan ağır.Orta barmaq söz eşitməz,ha ki çağırırsan, çağır.Şəhadət barmağı baş alıb gedər,

aparar ardınca qardaşlarını.Adsız barmaqhayandasa ayrılacaq onlardan,Siləcəkbir qızın göz yaşlarını.

O qaçdıqcaqaçacaq barmaqları,Küçələri dolaşacaq barmaqları.Barmaqlarınaçata bilməyəcək,Gecəni səhərəcənyata bilməyəcək...

...Və xəbər tuta bilməyəcəksəhərəcənkülqabında tüstülənənbarmaqlarından...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri