Bir yağışlı nəğmə
Ürəyim incələr yağış yağanda,Yadıma doğmalar, əzizlər gələr.Nədənsə gecələr yağış yağandaYuxuma dəryalar, dənizlər gələr.
Gecə yağış yağar -min səs, min səda,Tikanlı nəğmələr dinləyər gecə.İynələr sancılan,iynələr batanZənci bədənitək inləyər gecə.
Gecə yağış yağar -qəmlə köklənənBir şair qəlbini əzizləməkçin.Gecə yağış yağar -gündüz çirklənənGünahkar dünyanı təmizləməkçin.
Səma sahibkarı kövrələr yenə,Açar sandıqları, dəfinələri.Gecə yağış yağar -yağar şerimə,Yuyar hecaları, qafiyələri.
Gözlərim yorulub yorğun ay kimi,Söndürüb işığıyatacağam mən.İndi otağımı kəlağay kimiGecənin çiyninə atacağam mən.İndi otağıma dolacaq gecə,Gecəni yanımda qalacaq gecə,Səhər açılanda mənim evimdənQupquru çıxacaqbir otaq gecə...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-bir-yagisli-negme
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Çox gözəl hekayət yadıma düşdü,Ya da bir şikayət yadıma düşdü.
Bir qızın telləri əsdi üzüməGizlicə-gizlicə döndü buludlar,Gizlicə-gizlicə dindi umudlar,
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram
Nigarım, dilbərim, yarım, ənisim, munisim, canımNigarım, dilbərim, yarım, ənisim, munisim, canım,Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım.