Qəbrim üstə istəmirəmBir dost-tanış ağlasın.Bir az külək uğuldasın,Bir az yağış ağlasın.

Qəbrimi bulud sulasın,Bəlkə bitdim təzədən.Bir tək-tənha qurd ulasın,Bir şikəst quş ağlasın.

Qəbrimi lap dərin qazın,Bir səs-səmir gəlməsin.Kim ağlasa, xısın-xısın,Yavaş-yavaş ağlasın.

Ölüm Allah əmridisə,Qəbrə gir, sakit uzan!..Hərdən Ölüm əmri yazanAllah da kaş ağlasın...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar