Sən qapıdan çıxanacanBütün yollar bağlanacaq.Gözündən yaş axanacanBütün qəmlər ağlanacaq.

Sevinənlər sevinəcək,Sevilənlər seviləcək,Neçə sağlıq deyiləcək,Neçə baş sığallanacaq.

Qaçanda hər şeyin dadı,Yeməyin, içməyin dadı,Bu süfrədə sənin adınAxır ki, soraqlanacaq.

Bu dünyanın var-yoxundan,Savabından, günahından,Kababından, arağındanSənə də pay saxlanacaq...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri