Soyuyur
Bu adam ölür deyəsən,Əlimdə əli soyuyur.Yavaş-yavaş sönür gözü,Alnının təri soyuyur.
Səslər batır qulağında,Dadlar itir damağında,Cadar-cadar dodağındaMin öpüş yeri soyuyur.
Quruyur gözümüzdə yaş,Ya bu adam, ya qara daş,Və beləcə yavaş-yavaşÖlüdən diri soyuyur.
Ə.Məmmədova
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-soyuyur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ağlaram
Keçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
AğlaramDostu-mehribanım, yetiş dadıma,Səndən qeyri yox imdadım, ağlaram.