Verdiyini kəsir hərə,Bu ondan, o bundan kəsir.Üzümüzə gülə-güləHamı əl altından kəsir.

Kəsir qardaş-qardaşından,Yağan bulud -yağışından,Ağlayan göz -göz yaşından,Ağız da, dadından kəsir.

Hərə bir cür ölçüb-biçir,Nə çoxdu oğrusu, bici,Hamı Allaha and içir,Allahın adından kəsir.

...Allah kəsir verdiyindən;Dən düşür quş dimdiyindən,Gülün-çiçəyin iyindən,Ocağın odundan kəsir.

Xanımların qaş-gözündən,Kiminsə bol süfrəsindən,Kiminsə son nəfəsindən;Axır saatından kəsir...

Natiqin xatirəsinə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq