Qocalıq
Tənhalıq başlayır burdan o yana,keçdikcə keçilməz, atam balası.Ayları, illəri tutsan boyuna,Çayları, çölləri tutsan boyuna,ölçdükcə ölçülməz, atam balası.
Daha çoxlarıyla aram sərinlər,çoxları boyuma sevinməz daha.23 yaşımda məni sevənlər33 yaşımda sevəmməz daha.
Mən axı nə Çöləm,nə Yol,nə Küçə,Mən axı hamının ola bilmərəm.Məni sevənlərdən ötrü - ölüncə23 yaşında qala bilmərəm.
Nə qədər sözlər var sözümdən cavan,daha çığırmağa nəfəsim gəlmir.Daha bu dünyada özümdən cavanşeirlər yazmağa həvəsim gəlmir.
Kiriyir, yumşalır şeirlərim də,qocalır misralar, sözlər mənimlə.
Dostlar cavan qalır şeirlərimdən,qocalmaq istəmir dostlar mənimlə.
İlahi, qocalıq buymuş deməli,dostlardan səssizcə qırılır adam.Ömür bir bulantıq suymuş deməli,ömür azaldıqca durulur adam.
İçimin-çölümün yuyulur pası,sətirlər göyərir bu ağ varaqda.Nə çoxmuş ürəklə əlin arası,nə yaxşı, ölmədim bu aralıqda.
Sözlər ürəyimdən əlimə yetdi,bir azca soluxdu-soldu, nə olar.Bir azca şaxlığı-şuxluğu itdi,heç kəs qınamasın, yoldu, nə olar.
Daha balta kəsməz ağlım kəsəni,dünyanın dadını bilirəm daha.Bu qoca dünyada hər nəfəsimiağacdan meyvətək dərirəm daha.
Son nəfəs dünyada hər şeydən şirin,şair də qocalır, ölür, bilirəm.Sözündən qan iyi gələn şairinağzından süd iyi gəlir, bilirəm.
Bu dünya bir qaynar qazanmış demə,söndürməz odunu nə qar, nə yağış.Dünyayla dalaşmaq asanmış demə,çətini dünyayla barışmağımış...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-qocaliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir