Kənar gəzmə, yar, otağa qədəm bas,Asta-asta gəl, qadasın aldığım!İnsaf eylə, məhəbbəti unutma,Kəsmə bizdən yol, qadasın aldığım!

Axtarıb Nəcəfi eyləsin soraq,Ələ düşməz azad dövran, bu növraq.Sönməz nurdan gələn belə bir çıraq,Tarix boyu bil, qadasın aldığım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri