Buruldum son döngəni,son tini də buruldum.Başa vurdum bu günü,əldən düşdüm, yoruldum.

Daha burdan o yananə döngə var, nə tin var.Bir düm düz yol, bir də ki,xoşbəxtlik dolu gün var.

…Amma məni poz daha,Məndən adam olmaz daha:O YOLU başlamağa,O GÜNÜ yaşamağaaxtar, gör indi kim var?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri