Nəyi nəyə vurdumsa da,Heçə çıxdı hamısı.Allah birdi, insan iki,Üçə çıxdı hamısı.

Əkən getdi, bitən qaldı,Qurda-quşa yem oldu.Bu qəfəsdə bir mən qaldım,Necə çıxdı hamısı?!

Gözündə yaşı aldadıbHərə bir cür ağladı.Gündüz günəşi aldadıbGecə çıxdı hamısı.

Bilinmədi yasdı, toydu,Yeyən yedi, doyan doydu,Payız gəldi, sayan saydı,Cücə çıxdı hamısı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri