Əlimdən qopan əllərBir də gəlməz əlimə.Haçan keçdi bu ömür?Nə qaldı ki, ölümdə?!

Mən bu dünya üzündəBir vaxtsız qonağıydım.İlahi, ölürəmsə,Deməli, mən sağıydım.

Bu sifət - mən deyildim,Bu bədən - mən deyildim.Kimiydi, Allah bilir,Bu adam mən deyildim.

Bu güzgüdən üzüməNeçə cür üzlər baxıb.İlahi, o üzlərinHansı mənimdi axı?

Min adam var canımda,Hansıdı indi ölən?Barı bu son anımdaXəbər ver: Kimdi ölən?!.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq