Gizlicə-gizlicə döndü buludlar,Gizlicə-gizlicə dindi umudlar,İndiki buludlar beləcə gəlmir,İndiki yağışlar beləcə yağmır,On ilin başından bir yaylıq üstdəbir ipək xatirə qondu üstümə,bir qızın telləri əsdi üzümə.

Mənim gülüm yağış! Çiçəyim yağış!O ipək illərdən, atlaz günlərdən,gilənar göylərdən dolan yağışım,bir çinar üstündə qoyub gəlmişdimmən səni sevgili, mən səni yalqız,çinarın altında bir gilənar qız.

Bu gilənar yağış, bu çiçək yağışo eşqli çinarın üstündən yağır,On ildən, beş ildən, dünəndən yağır,bütün sevgilərin, bütün eşqləringöyüzünə dönən yerindən yağır,min il susub qalan lal sevgilərinqəfil eşqlə dinən yerindən yağır.

İllərin altında solmaz o tellər,Hər bulud lələyi umudla gələr,O nərgiz illərin sevgisi qızlarhər yaz gilas-gilas,gilənar-gilənar açar, qızarar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq