Dirildim bəzmi-gülzari nigarımdan alaxlar tək
Dirildim bəzmi-gülzari nigarımdan alaxlar tək,Saraldım cuyi bari-əşki çeşmimdən şalaxlar tək.
Xədəng qəmzəsi dəlmiş dili-zarı-miyanımdan,Dolandıqca olur piçidə zülfü tağalaxlar tək.
Salıb cahi-zənəxdanına guya qanlıdır könlüm,Ayağına vurub zənciri zülfün qandalaxlar tək.
Həvayi-vəslinə bir sadə tiflin pir ikən düşdüm,Qəm hicri töküldü üstümə qalax-qalaxlar tək.
Ləbi-ləl içər əğyarla cami meyi-gülgun,Bu möhnətdə dönər qana, könül hərdəm, dalaxlar tək.
Rəqibim tişeyi-zülmü ilə dərgahında ol yarın,Atıldı təxteyi-cismi zəifim qamqalaxlar tək.
Üzülsə can qoyub, əğyar dəsturül-əməl...Ayaq basmaz təbibin başın üstə yanalaxlar tək.
Kitabxana.az · https://kitabxana.az/works/sidqi-dirildim-bezmi-gulzari-nigarimdan-alaxlar-tek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Pərişan eyləyib əhvalımı, bir gözləri yağı,Fərağında olub qəmxanə könlüm yağı oynağı.
Könül, qəm çəkmə əyyami-fəraqi-yar qurtardıKönül, qəm çəkmə əyyami-fəraqi-yar qurtardı,Fəqan etmə, qəfayi-çərxi-kəcrəftar qurtardı.
Yarəb, nə türfə güldü bu İsa çiçəkləriYarəb, nə türfə güldü bu İsa çiçəkləri,Məryəm şükufə, canı məsiha çiçəkləri.
Gülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcəGülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcə,Tökər göz yaşını gülzardan avarə düşdükcə.