Yarəb, nə türfə güldü bu İsa çiçəkləri,Məryəm şükufə, canı məsiha çiçəkləri.

Məhparələr üzarına tərsayələr salıb,Tərsayə döndərib məni, tərsa çiçəkləri.Sənan kimi salıblar zinnarı boynuma,İmanımı alıbdır, nisa çiçəkləri.

Bülbül kimi gətir dilə, fəryadə könlümü,Bağı-məhəbbətin güli-rəna çiçəkləri.

Ki, verə səmti gahi ki kəlisaya çəkdilər,Məhv etdilər məni, bu kəlisa çiçəkləri.

Ey dil, bahar vəxtidi, çıx bir səyahətə,Bir sən də gör o arizi-ziba çiçəkləri.Get, əsr vaxtı seyr qıl ətraf bağda,Bir dəstə tut ol zülfi-çəlipa çiçəkləri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar