Gəzər baği-məarifdən xəbərsizlər ulaqlar tək,Odur ki, nəqli-daniş payimal olmuş alaxlar tək.Otur təmkin ilə beyti-təməddündə cəvahir sat,Nədir bu şerbazlıq ey əzizim, damşalaqlar tək.Məcali-şerguluq qalmayıb biçarə millətdə,Qalıbdır vacib işlər, bir-bir üstündə qalaqlar tək.Əsiri-cəhl olub, ənbayi-millət, dadrəs yoxdur,Deyirsən, kim keçib Alman nüfuzuna ulaqlar tək.Sənaətdən, ticarətdən, əcəb bibəhrə olduq biz,Nə zordur, nə əqlü fəhmu mədrək tağ dilaxlar tək.Olub ənbayi-millət fəhləvü həmmalü, həm muzdur,Bazarda, çarsuda dil-dil dolanırlar yalaxlar tək.Açanda ruznamə söyləyirlər «beynimi qazma»,Qəzet guya qazuxdur, qışqırırlar qazaxlılar tək.Səni Sidqi bulur, bir politik diplomati-sabit,Lətafətdən dəxi hər səmtə sən axma bulaqlar tək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən