Ey padşahım, ey qibləgahım,Sənsən pənahım, pənahım, pənahım.Ey dadxahım, ümidgahım,Sənsən pənahım, pənahım, pənahım.

Eylər həmişə könlüm təmənna,Olsun vücudun salamət-salamət.Çıxmaz yadımdan hər sübhgahım,Sənsən pənahım, pənahım, pənahım.

Bəxti-büləndin tapsın tərəqqi,Olsun cəlalın ziyadə-ziyadə.Qoyma ucalsın əflakə ahım,Sənsən pənahım, pənahım, pənahım.

Bu əhli-elmi sən yer üçündə,Artıq tutarsan nəzərdə-nəzərdə.Yoxdur bu sözdə heç iştibahım,Sənsən pənahım, pənahım, pənahım.

Mal-mənalın, cah-calalın,Hərgiz unutmaram duadan-duadan.Xəllaqi-aləm olsun günahım,Sənsən pənahım, pənahım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Təəssüf və yenə təəssüf

Bu günlərdə «Kaspi» qəzetəsində və «Şərqi-Rus» cəridəsində bu hər iki ruznamənin müdir və münşiləri öz məsləklərinin xaricində bir-birinin əleyhinə qələmə alıb nəşr etdirkləri «təib yollu» bəndləri oxuyub təəssüf etməkdəyiz.Əlhəqq, öz zəhəramiz və məlaləngiz mübahisə və mücadilə və bəlkə mühakimələri gözdən keçirib, məhzun və məlul olmamaq namümkün və qeyri-təbiidir. İşbu dilduz və ciyərsiz hadisənin vüqusu və bu naraba və nagübara mücadilənin zühürü hər bir vicdan sahibi olan müsəlmanın və hər bir mətbuat aləminə məhəbbətlə xidmət edən üdəbanın xatirini parçalayıb, dağıdır və pərişan etməkdədir.

9 dəq
Nümuneyi-əxlaq

Məktəbi-ibtidaiyyə şagirdlərinə məxsusdur*İfadəyi-məram

48 dəq
Töhfeyi-benat, yaxud qızlara hədiyyə

«Tələbül-elmi fazilətun alə küllil-müslimin val-muslimət» hədisi-şərif fəhvasınca tərbiyeyi-nisvana talib olanların və qızlarımızın elm və ədəb təhsilini arzu edənlərin nəzər-diqqətini cəlb eləmək və bu xüsusda kütubi-mütəəddə və nafeənin təsnifi səddində olanların təşviq və tərənnümünü təhrik və təzyiq etmək üçün bu müxtəsər kitabçanın təhririnə mübaşirət olundu...Ərzi-məxsus

13 dəq
Nəsihətnamə

1) Sirr insanda əmanət olduğundan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tam aləmə faş olmuş kimidir.2) Dünyada dörd şeyin azı və çoxu bərabərdir.

10 dəq

Başqa şairlərin şeirləri