Dərsə diqqət
Ey uşaqlar, edək biz də qeyrət,Taki, təhsil edək adəmiyyət.Bəlkə, bizdən gedə bu cəhalət,Çəkməyək xalqdan bari-minnət.Keçməmiş, keçməmiş vaxt-fürsət,Eyləyək, eyləyək dərsə diqqət.
Elm təhsil edən oldu rahət,Elmsizlər çəkər çox məşəqqət.Hər o kəs elmdən tapsa qismət,Çəkməz axırda hərgiz nidamət.Keçməmiş, keçməmiş vaxt-fürsət,Eyləyək, eyləyək dərsə diqqət.
Çox tərəqqi tapıb cümlə millət,Biz də təhsil edək istirahət.Ciddü cəhd eyləsin əhli-qeyrət,Bəlkə gəlsin ələ elmü sənət.Keçməmiş, keçməmiş vaxt-fürsət,Eyləyək, eyləyək dərsə diqqət.
Söyləyin cümlə yarü rəfiqə,Vaxtımız etsin bir dəqiqə.Bir dəqiqə bizə filhəqiqə,Artırır hədsiz qədrü qiymət.Keçməmiş, keçməmiş vaxt-fürsət,Eyləyək, eyləyək dərsə diqqət.
Cümlə aləm edib elmə rəğbət,Tapdılar hər biri şən-şövkət.Bu nə insanfdır, nə mürüvvət?Qonşulardan çəkək biz xəcalət.Keçməmiş, keçməmiş vaxt-fürsət,Eyləyək, eyləyək dərsə diqqət.
Kitabxana.az · https://kitabxana.az/works/sidqi-derse-diqqet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəl verək əl-ələ, yoldaş oğlan,Cəm olaq bir yerə, qardaş oğlan.
MəktəbdəƏcəb xöşbəxt olur hər kəs,Tutub məba bu məktəbdə.
Yüz il yatandan sonraSöylə, Bayram əmi, sən bizə qandır,Bizim fikrimizi açıb, oyandır.
Şikayətnaməİlahi, bu nə eşq, bu nə möhnətdir?Ənisim gah behcət, həmdəmim gahi müsibətdir.