Əcəb xöşbəxt olur hər kəs,Tutub məba bu məktəbdə.

Cəhalətdən çıxar hər kim,Edə sükna bu məktəb.

Məadi-elmi, maaşi-elmi,Tapıbdır rövnəqi-tazə.Bəhəmdülla olur hasil,İki dünya bu məktəbdə.

Odur ki, qədrsiz zərrə,Dönər mehri-dirəxşanə.Ki, guya qətreyi-naqis,Olur dərya bu məktəbdə.

Cəhalət adamı eylər,Yəqin heyvandan bədtər.Gər insaniyyət axtarsan,Olur peyda bu məktəbdə.

İki aləmdə insanı,Dirildən elmdir billah.Nə qədər mürdədil olasan,Olur ehya bu məktəbdə.

Maarif kəsb edən kimsə,Gərək bu məktəbə gəlsin.Bir az vaxta kamalata,Olur dara bu məktəbdə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət