Söylə, Bayram əmi, sən bizə qandır,Bizim fikrimizi açıb, oyandır.

Yüz il yatdım, durdum, baxdım dünyaya,Nəzər saldım dağa-daşa, dəryaya.

Mən yatanda dağlar dəlinmişdi,Yerdə dəmiryollar salınmışdı.

Su üzündə insan ixtiyarı ilə,Görünməzdi hərgiz bu qərar ilə.

Hər kəsə desəydin, deyərdi olmaz,Havada quş kimi insan uçanmaz.

Bir bu işə baxdım, bir az öz işimə,Heyrət barmağımı tutdum dişimə.

Baxdım su altından çəkilib tellər,Teldə danışılır cürbəcür dillər.

Dağları-daşları dəlib keçiblər,Həm suyun altından yollar açıblar,

Dağ kimi gəmilər suda oynayır,Qızıl-gümüş dağdan-daşdan qaynayır.

Yer üzündə insan gəzirdi sadə,Quş kimi uçurlar indi havada.

Mənim ömrüm alıb doxsan yaşını,Siz çalışın, tapın əsrin işini.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri