Xoşa sənilə həmavaz olduğum günlər,Həmişə həmdəmü həmraz olduğum günlər.

Düşəndə yada könül suzla güdazə düşər,Nəvayi-sazla dəmsaz olduğum günlər.

Başımda şuri-sər, zülf bəzm vəslində,Hasari-qələyi-şahnaz olduğum günlər.

Rəğiblər səri-kuyində xaksarımdı,Sənin yanında sərəfraz olduğum günlər.

Edib təfəüül, oxurdum qəzəl hüzurunda,Lisani-Hafizi-Şiraz olduğum günlər.

Olurdu navəki-peykanına hədəf sinəm,Qəbili-çəşmi-çəpəndaz olduğum günlər.

Qolumu boynuna hər dəm həmayil eylərdim,Şikari-busəyə şəhbaz olduğum günlər.

Sürudi-şerlə şairliyi şüar eylədim,Qəmində qafiyəpərdaz olduğum günlər.

Həmişə tutmuşdun Sidqinin sözün mənzur,O gülüzarə nəzərbaz olduğum günlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri