Sənin eşqində mən ey bivəfa, yüz min cəfa gördüm
Sənin eşqində mən ey bivəfa, yüz min cəfa gördüm,Nə bir ömrümdə şad oldum, nə bir zövq-səfa gördüm.
Yapışdım tari-zülfündən, dedim bəs rişəyi-candır,Ümid ilə ona dil bağladım, dami-bəla gördüm.
Dözüb hər bir bəlaya, dönmədim, hərgiz məhəbbətdən,Məhəbbət aləmin seyr eyləyib, möhnətsəra gördüm.
Əcəb sözdür deyib hər kim, məhəbbət bir bəla şeydir,Məhəbbət əhlini dərdi-bəlayə mübtəla gördüm.
Əbəs sözdür, desə hər kəs gözəllər bivəfa olmazKi, mən hər qədər gəzdim, hər nə gördüm bivəfa gördüm.
Məhəbbət aləminə hər kəsi ki, aşina gördüm,Həmişə qəmlərə həmdəm, bəlayə mübtəla gördüm.
Əzəl gündən qəm-dərdə nə çox mayilsən ey Sidqi,Səni hər yerdə gördüm, əhli-dərdə aşina gördüm.
Kitabxana.az · https://kitabxana.az/works/sidqi-senin-esqinde-men-ey-bivefa-yuz-min-cefa-gordum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəzər baği-məarifdən xəbərsizlər ulaqlar tək,Odur ki, nəqli-daniş payimal olmuş alaxlar tək.
«Tərcüman» qəzetinin onuncu ildönümü münasibətilə təbrikKönül qafil deyil bu nemətin şükrü sənasından,Dilim sakin deyil bu mətləbin xeyrü duasından.
Müsəvvir Paşanın zifaf gecəsinə maddeyi-tarixNə yaxşı bəzmi-vəfadır, məqami behcətdir,Nə tüfrə eyşi-səfadır, zəmani-işrətdir.
Kəblə Nəsir(mənzum hekayət)*Ey uşaqlar, tutun yerinizdə məqam,
Başqa şairlərin şeirləri · Eşq
Heyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
BalabançıMən heç öz dərdimi çəkə bilmirəm,Dolanır zamana çaş, balabançı.
Rəhməti gəldi irişdi fəzli-rəhmanın yenəRəhməti gəldi irişdi fəzli-rəhmanın yenə,Çiçəgi açıldı, güldü şol gülüstanın yenə.
Gülşəni-raz, fəsil 53رخ اینجا مظهر حسن خدایی استمراد از خط جناب کبریایی است