Gözlərin
Sevgilim, el bilir mən əhli-dərdəm,Səndən başqasını sevsəm namərdəm.Qüssədən ölürəm, neylim ki, hər dəm,Məni qoyub baxır yana gözlərin.
Kipriyin xəncərdir, qaşların kaman,Yıxdığın acizə verməzsən aman.Dedilər cəlladsan, etməzdim güman,Salacaqdır məni qana gözlərin.
Sənin əlindədir hər ixtiyarım,Zalım, öldür məni qəmdən qurtarım,Bəs kimə söyləyim, kimə yalvarım,Gətiribdir məni cana gözlərin.
Könlümü salacaq zülfün kəməndə,Həsrətin qoymayıb can qalsın məndə,O gözlər var ikən nə qədər səndə,Alacaq könlümü sona gözlərin.
Vahidəm, sevgilim, mən də qanıram,Fitnəkar gözəli üzdən tanıram,Necə deyim sənə, qəmdən yanıram,Mənim tək od tutub yana gözlərin!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-gozlerin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə eybi var, gözəlim, hər nə eyləsən dözərəm,Yolunda həsrət ilə eşq çöllərin gəzərəm.
Bu qürbət ölkədə mən görmədim səfa, gedirəmBu qürbət ölkədə mən görmədim səfa, gedirəm,Bu qədri bəsdi mənə, çəkmişəm cəfa, gedirəm.
Bir az da səbr elə, ey yari-mehriban, gəlirəmBir az da səbr elə, ey yari-mehriban, gəlirəm,Sənin yolunda fədadır bu cismü can, gəlirəm.
Get, gülüm, get mənə sən can olasan, istəmirəmGet, gülüm, get mənə sən can olasan, istəmirəm,İşvəli, sevgili canan olasan, istəmirəm!
Başqa şairlərin şeirləri · Eşq
Başına döndüyüm qasid xoş qədəm,Ərzimi get söylə canana, gəlsin.
Qəzəl: Düşdi dil şəm'i-ruxun şövqünə pərvanə kimiDüşdi dil şəm'i-ruxun şövqünə pərvanə kimi,Aqibət atəşi-eşqinlə sənin yana kimi
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar olaYoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی