Sevgilim qaşların çatıb baş-başa,Hüsnünə etməyə hər gün tamaşaÜfüqlərdən çıxır hər səhər qoşaGünəş bir tərəfdən, ay bir tərəfdən.

Çoxdandır kəsmisən məndən nəzərin,Yanıram eşqinə yoxdur xəbərin,Çəkibdir qəsdimə cəllad gözlərin,Kaman bir tərəfdən, yay bir tərəfdən.

Sən yeri arxanca zülfün sürünsün,Sünbüllər al-yaşıl dona bürünsün,Günəş camalın aç, aşkar görünsün,Bahar bir tərəfdən, yay bir tərəfdən.

Həsrətin yandırır pərvanələri,Qoyma yaxınına biganələri,Açma zülfündəki divanələri,Bağla bir tərəfdən, say bir tərəfdən.

Oxunsun elimin zəfər nəğməsi,Vahidin qəzəli, Xanın xoş səsi,Yenə də bəzəsin bizim məclisi,Şərbət bir tərəfdən, çay bir tərəfdən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq